Yaşar Cəlilov açıqlamasında qonşu ölkəyə getməyinin səbəbini açıqlayıb:
“Gürcüstana bizneslə bağlı gəlmişəm. Üç gündür Batumidə bu barədə danışıqlar gedir. Biznesin hansı sahəsi olduğunu hələlik sirr saxlayıram. Təkcə onu deyə bilərəm ki, bu, Batumi şəhərini əhatə edəcək. Yəqin ki, bundan sonra bu şəhər də mənə doğma olacaq”.
Y.Cəlilov yaxın günlərdə sevənlərinə bir müddətdir uzərində işlədiyi layihəsini də təqdim edəcəyini deyib.
“Xoş gəlmisən, Novruzum” adlı bayram konsertində əməkdar artistlər Teyyub Aslanov, Səlim Abbasov (skripka), müğənnilər Nazim, Gülay Zeynallı, Yaşar Cəlilov, Nicat Cəfərzadə, Əbdül Xalid, Amil Həsənoğlu, Solmaz Kosayeva (aşıq), Elcan Rzayev, Səidə Dadaşova və “Dostlar qrupu”, "Kolorit” rəqs qrupu iştirak ediblər. Tədbirdə Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri cəmiyyətləri, 20 Yanvar şəhidlərinin ailə üzvləri, uşaq evlərinin, kimsəsiz, əlil, qüsurlu, daun sindromlu uşaq cəmiyyətlərinin sakinləri iştirak ediblər.